Təyyarədə aktrisanın halı pisləşdi, nazir müdaxilə etdi

Təyyarədə aktrisanın halı pisləşdi, nazir müdaxilə etdi

fatma

Türkiyənin Ailə və Sosial Siyasət naziri Fatma Betül Qaya təyyarədə anidən səhhəti pisləşən aktrisa Seren Fosforoğluna ilkin müdaxilə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə aktrisanın özü İnstaqram hesabında məlumat yayıb.

“Əziz dostlar, dünən seminardan qayıdarkən təyyarədə narahatlıq yaşadım. Gözümü açdığımda yanımda Ailə və Sosial Siyasət naziri Fatma Betül Qaya da var idi. Təyyarədə ilkin müdaxilə etdi və sonra da mənə zəng edərək səhhətimlə maraqlandı. Hörmətli nazirə çox təşəkkür edirəm. Həmçinin Türk Hava Yolları əməkdaşlarına və məni yalnız buraxmayan Esraya da minnətdarlığımı bildirirəm. Səhhətim normaldır, narahatlığa əsas yoxdur”, deyə Fosforoğlu bildirib.

 

Gununsesi.info

COMMENTS