Təyyarədə bomba həyəcanı

  • By Mayil
  • 08 Oktyabr 2016 14:15

tr

 

İğdır aeroportundan İstanbul şəhərinə yollanan sərnişin təyyarəsi göyə qalxandan sonra bir qədər keçmiş geri qayıtmalı olub.
Gununsesi.info “Türkiyə” qəzetinə istinadən xəbər verir ki, Tamer B. adlı şəxs polisə zəng edərək təyyarədə bombanın olduğu barədə məlumat verib. Bundan sonra təyyarə təcili olaraq İğdır hava lımanına geri dönüb.
Polis təyyarəd olan sərnişləri təxliyyə edərək axtarış aparıb. Amma polis təyyarədə heç bir təhlükəli əşya tapmayıb.
Nəticədə Tamer B. adlı şəxs İfadəsi alınmaq üçün polis bölməsinə aparılıb. Tamer B. gec qaldığı üçün təyyarəyə alınmadığını və bundan əsəbiləşərək bomba olduğu barədə yanlış məlumat verdiyini etiraf edib.

Anar
Gununsesi.info