Təyyarədə böyük təlaş yaşandı -Sərnişinlər huşunu itirdi

 Las-Veqas şəhərindən Atlanta  uçmağa hazırlaşan Delta Hava Yollarına məxsus təyyarə 4 saat uçuş-enmə zolağında gözlədiyi zaman təyyarədə xoşagəlməz hadisələr baş verib.

Gununsesi.info xəbər verir ki, kondisioneri işləməyən təyyarədə sərnişinlər və kabin heyəti huşunu itirib.

44 dərəcə istidə kondisionerlərin işləməməsi nəticəsində ən azı 5 sərnişin və 1 kabin heyətinin səhhətində problem yaranıb.

Bu hadisə ABŞ mediasında  işıqlandırılandan sonra Delta Airlines sərnişinlərdən üzr istəyib və növbəti gün Atlantaya uçan sərnişinlərin ödənişini geri qaytarıb.

 

 

Tərcümə

Şəbnəm

Gununsesi.info