Vaxtilə təyyarələrdə bələdçilərin danışığını özlərindən başqa heç kim başa düşümürdü.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı deyib.
“Yəqin ki, normal ana dilimizdə danışan bələdçi tapmaq çətin idi. Hər halda təyyarə, demək olar ki, Azərbaycan torpağıdır. Ora girəndən sonra orda oturan adamlar Azərbaycan dilində təmiz danışıq eşitmək istəyirlər. Olar ki, danışa bilməyənlər ən azından yazıb həmin danışığı orada səsləndirsinlər. Orada eybəcər dildə danışmaq olmaz”, – deyə deputat bildirib.
Gununsesi.info