
İndoneziyanın “Batik Air” aviaşirkətinin təyyarə reysi qəzanın astanasından dönüb.
Gununsesi.info xəbər verir ki, yanvarda Cakartadan Kenderiyə uçan sərnişin təyyarəsində hər iki pilotun təxminən yarım saat yatdığı məlum olub.
Hökumətin Milli Nəqliyyat Təhlükəsizliyi Komitəsindən verilən açıqlamada, pilotların yuxuya getməsi səbəbindən təyyarənin uçuş yolundan çıxdığı bildirilib.
Bildirilib ki, hadisə nəticəsində təyyarədə olan 153 sərnişin və 4 nəfərlik ekipaj xəsarət almayıb və heç bir qəza baş verməyib.
İkinci pilotun uçuşdan əvvəl “kifayət qədər dincəlmədiyini” bildirməsi də hesabatda əksini tapıb. Təxminən yarım saat kokpitdə yatan ikinci pilot yuxudan oyananda təyyarənin enməyə başladığını və digər pilotun da yatdığını görüb.
Pilotların idarəetmə qülləsindən gələn mesajlara dəqiqələrlə cavab vermədiyi bildirilən xəbərin ardınca hadisə ilə bağlı araşdırma başladılıb.
Gununsesi.info