Təyyarənin qəza anı sərnişinlər tərəfindən canlı yayımlandı -VİDEO

Nepalda qəzaya uğrayan təyyarənin uçuşunun son saniyələri smartfonla lentə alınıb. Belə məlum olur ki, sərnişinlərdən bəziləri göyərtədən “Facebook”da canlı yayım aparırmış.

Videoların birində onun müəllifi və digər sərnişinlərin laynerdəki yerlərində sakit oturduqları görünür. Sərnişin həm də təyyarənin illüminatorundan görüntüləri çəkir. Bir anda partlayış baş verir. Videonun son saniyələrində güclü yanğın görünür, insanların qışqırtıları eşidilir.

Daha bir videoda illüminatordan Pokhara mənzərələri əks olunub. Sonra birinci videodakı kimi qışqırıq səsləri gəlir və partlayış görünür.

Xatırladaq ki, yanvarın 15-də Nepalda göyərtəsində 68 sərnişin və dördü ekipaj üzvü olan “Yeti” Hava Yollarına məxsus sərnişin təyyarəsi Pokhara Beynəlxalq Hava Limanında uçuş-enmə zolağında qəzaya uğrayıb. Qəza layner havaya qalxarkən baş verib.

Təyyarənin göyərtəsində beş hindistanlı, dörd rusiyalı, iki koreyalı, İrlandiya, Argentina, Avstraliya və Fransadan olan 15 əcnəbi olub. Qalan 53 nəfər nepallı olub. Qəzada sərnişinlərin və heyət üzvlərinin hamısı ölüb.

Nepal hakimiyyəti bazar ertəsi gününü Pokhara şəhərində təyyarə qəzası qurbanlarının xatirəsinə milli matəm günü elan edib.

Mənbə: Gazeta.ru

Gununsesi.info