Təyyarəyə bilet pulu tapmadılar, quru sərhəddə saxlanıldılar

Quru sərhədlə Azərbaycana qayıtmaq istəyən vətəndaşlar saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə DSX məlumat verib.

Rəsmi məlumatda deyilir ki, ötən gecə Sərhəd Qoşunlarının “Qazax” sərhəd diviziyasının xidməti ərazisində 12 nəfər (8-i azyaşlı uşaq), “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində isə 24 nəfər (16-sı azyaşlı uşaq) Azərbaycan vətəndaşı Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.

 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, həmin vətəndaşların ölkəyə gəlməsi üçün təyyarə biletinə imkanları çatmayıb. Ona görə də məcburiyyətdən sərhədi qanunsuz keçməyə cəhd ediblər.

 

Xatırladaq ki, Azərbaycanın quru sərhədləri 4 ildən çoxdur bağlıdır, təyyarə biletləri isə fantastik qiymətə satılır.

 

ABŞ Dövlət Departamenti quru sərhədlərin bağlı saxlanılmasını insan hüquqlarının pozuntusu kimi dəyərləndirib.

 

Elmar

Gununsesi.info