Fransa aviaşirkətinə məxsus təyyarədə tragikomik hadisə baş verib.
AzNews.az BFMTV-yə istinadən xəbər verir ki, “Air France” aviaşirkətinin Bamako Paris reysi 48 saat təxirə salınıb. Buna səbəb təyyarənin göyərtəsində siçan olması olub.
Aviaşirkətdən verilən məlumata görə, siçanın elektrik naqillərini gəmirməsi ehtimalı olub. Bu səbəbdən uçuş təxirə salınıb. Gəmirici tutulandan sonra isə ekipaj üzvləri istirahət etməli olub. Məlumata görə, “Air France”ın uçuşu daha tez həyata keçirmək üçün kifayət qədər əməkdaşı olmayıb.
Aviaşirkət ləngiməyə görə sərnişinlərə kompensasiya vəd edib.
Gununsesi.info