Təzə evə köçmək istədi - Oğrular imkan vermədi

  • By admin
  • 18 İyul 2016 15:53

ogrular

 

 

Abşeron rayonun Məhəmmədi kəndində Fəxrəddin Şəmilova məxsus yarım tikilidə oğurluq hadisəsi baş verib. Gununsesi.info xəbər verir ki, zərərçəkmiş şəxs bildirib ki, ailə həyatı qurmaq üçün banklardan birindən kredit götürərək özünə ev tikib. Artıq evinə köçmək arzusu ilə yaşadığı bir vaxtda onun istəyi baş tutmayıb. Fəxrəddinin sözlərinə görə may ayında 3 min manat dəyərində tikinti materiallarını alaraq özünə məxsus yarımtikiliyə gətirib. Elə həmin gün yaxın qohumunun toyu olduğu üçün materialları evinə qoyaraq toya gedib. Səhərisi gün isə yarım tikiliyə qayıdanda aldığı tikinti avadanlıqlarını evdə görməyib. Bütün bunlarla yanaşı evin işıqlandırılması üçün lazım olan elektrik naqillərinin də kəsildiyini və oğurlandığının şahidi olub. Ogrular evə yarımtikilinin zirzəmisindən daxil olub.Hadisdən dərhal sonra 102 xidmətinə zəng edən Fəxrəddin məlum hadisə ilə bağlı məlumat verib. Abşeron Rayon Polis Bölməsinin əməkdaşları yarım tikiliyə gələrək fərdi yaşayış evinə baxış keçiriblər. Ekspertlər barmaq izləri götürüb. Hadisədən 3 ay keçməsinə baxmayaraq ogurluğu törədən şəxslərdən bir xəbər yoxdu.

 

ogrular1

 

Gununsesi.info