“Təəssüf ki, Mixail Saakaşvili Gürcüstanın siyasi tarixidir” - BAŞ NAZİR

  • Müəllif: admin
  • 13 Sentyabr 2017 14:36

mixail-saakashvili

“Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili Gürcüstan üçün bir keçmişdir və onun fəaliyyətinə siyasi qiymət verməyi məqsədəuyğun hesab etmirəm, ümumiyyətlə bu, düzgün deyil”.

Gununsesi.info “newsgeorgia”ya istinadən xəbər verir ki, bu fikri Gürcüstanın baş naziri Georgiy Kvirikaşvili deyib.

Onun sözlərinə görə, bu siyasi keçmişdir və tarix təəssüflə yad edilir, hansı ki, biz bunu görürük: “O baxımdan da onun fəaliyyətinə siyasi qiymət vermək düzgün deyil. Fikrimcə, biz hüquqi müstəvidə işlər görməliyik. Məsələnin hüquqi tərəfinə gəldikdə isə qoy bu məsələni də o, institutlar şərh etsin ki, bu onların kompetensiyasına aiddir”.

Mixail Saakaşvili sentyabrın 10-da Polşadan Ukraynaya keçib. Hazırda onun harada olduğu bilinmir. Saakaşvlinin xanımı Sandra Rudolfs və 11 yaşlı oğlu Nikolaz bu gün Tiflisə gəlib.

Gununsesi.info