“Təəssüf ki, Ukrayna və Rusiya münasibətlərində gərginlik getdikcə artır” - ƏRDOĞAN

  • By admin
  • 04 Fevral 2022 15:11

“Ukraynaya səfər zamanı bu ölkənin suverenliyinə, siyasi birliyinə və ərazi bütövlüyünə dəstəyimizi bir daha vurğuladıq”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən qayıdarkən jurnalistlərə söyləyib.

“Təəssüf ki, Ukrayna və Rusiya münasibətlərində gərginlik getdikcə artır. Bu gərginliyin azaldılması üçün lazımi töhfəni verməyə hazır olduğumuzu cənab Zelenskiyə xüsusilə bildirdik. O da öz növbəsində, “Bu cür addımda üzərimə nə düşürsə, bunu etməyə hazıram. Mənə telefonla zəng etdiyiniz andan, ertəsi gün, iki gün sonra, nə desəniz, hara desəniz, oraya gələrəm” dedi. Bu məsələdə liderlər səviyyəsində bir zirvə görüşü və yaxud texniki səviyyədə görüşlərə ev sahibliyi etməyə hazır olduğumuzu bildirdik”, – deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, Ərdoğan bir müddət əvvəl Ukrayna və Rusiya arasında gərginliyi müzakirə etmək üçün hər iki ölkənin Prezidentləri Vladimir Putinlə Vladimir Zelenskini Türkiyəyə dəvət etmişdi.

 

Gununsesi.info