“Təəssüflər olsun ki, dünya hələ də Xocalı cinayətinə göz yumur” -TÜRK DEPUTAT

  • By admin
  • 24 Fevral 2018 12:41
Dünya Xocalıda olan hadisələri yaxşı bilsə də, insanlığa qarşı baş verən bu cinayətə və soyqırım siyasətinə göz yumur.
 Gununsesi.info xəbər verir ki,bunu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar  Türkiyədə Xocalının 26-cı ildönümü ilə bağlı keçirilən tədbirdə səsləndirib.
Onun sözlərinə görə, 26 il öncə fevralın 26-da  Xocalıda bir soyqırım cinayəti yaşandı: “Bu cinayəti törədənlərin əsas məqsədi insanları öldürmək, öz yurdlarından etmək Qarabağı işğal etmək idi. Nəticədə bir milyon isan öz dogma yurdlarından didərgin düşüdü. İndi də məcburi köçkün həyatı yaşayırlar. Bunu Qərb dünyası görmürmü?! -Görür. Duymurmu? -Duyur. Xəbərsizdir. Yox, lap yaxşı bilirlər. Ancaq susurlar”- deyə, N. Ünüvar vurğulayıb.
O əlavə edib ki, bu gün Qərb dünyası 1915-ci ildə baş verən olaylarla bağlı qərar çıxarır. “Baxmayaraq ki, Türkiyə arxivləri açaraq, nə baş verdiyini onlara götərmək istəyir. Buna o qədər də əhəmiyyət vermirlər. Amma Xocalıda törədilən əməllər ortadadır. Videolar, fotolar, hadisələr televiziyalarda yayımlanıb. Ermənilər də  bu qətliamı törətməyi açıqca boyunlarına alırlar. Ancaq nə xeyri. Eşitmək istəmirlər. Minsk qrupu 25 ildir ki,  hadisələri görməzdən gəlirlər. Bax buna görə də bizim Xocalını unutdurmamaq  missiyamız var. Biz bu qətliamın canilərinin cəzalandırılmasına   birgə çalışmalıyıq”- deyə, N. Ünüvar vurğulayıb.
 
Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Xocalını 20-ci əsrin insanlığa yaraşmayan ən dəhşətli cinayətlərindən, qoyqırım və faciəsi adlandırıb. Bildirib ki, Azərbaycan xalqını  bu hadisələrə əzib, sındırmaq istəsələr də, bu istəklərinə nail ola bilmədilər: “Əksinə Azərbaycan gücləndi və güclənməkdə davam edir”.
 
Keçiören bələdiyyəsinin sədri Mustafa Ak isə  bildirib ki, Xocalıda soyqırım qurbanları 26 ildir ürəkləri yaxır. “ Bizlər Şərqi Türküstanda, Arakanda, Suriyada, Fələstindəki hadisələrə səssiz qalmadığımız kimi Xocalı soyqrımına da səssiz qala bilmərik. Bizim üçün Türkiyə də, Azərbaycan da vətəndir. Azərbaycan güclü olmazsa, bu vətən güclü olmaz. Bura güclü olmazsa, ora güclü olmaz. Biz bu qoyqrımlara qarşı birgə mübarizə aparacağıq. Bu insanlıq cinayətini törədənlər mütləq  ədalət qarşısında cavab verəcəklər” deyə, o vurğulayıb.
Toplantıda Türkiyə BöyükMillət Məclisinin sabiq sədri Cəmil Çiçək, İqdır millət vəkili Nurettin Aras, azərbaycanlı deputat Elman Məmmədov və digər rəsmilər iştirak edib.
Mürtəza
Gununsesi.info