TƏBİB: Əyləncə mərkəzlərinin açılması ilə bağlı hər hansı bir qərar yoxdur

  • By admin
  • 12 İyun 2020 22:26

“Hazırda restoran və kafelər müəyyən edilmiş vaxtda fəaliyyət göstərirlər”.

Gununsesi.org xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, mövcud vəziyyətə görə əyləncə mərkəzlərinin açılması ilə bağlı hər hansı bir qərar yoxdur:

“Xəstəliyin artması ilə əlaqədar olaraq, bəzi qərarlar dəyişdirilə və yenidən gündəmə gətirilə bilər”.

 

 

Gununsesi.org