TƏBİB-dən həyəcan təbili: “Arxa küçələrdə toplaşaraq…”

  • By admin
  • 25 İyun 2020 17:17

“Küçəyə çıxma qadağası olmasına baxmayaraq, bəzi vətəndaşlar arxa küçələrdə toplaşaraq, karantin qaydalarını pozur”.

Gununsesi.org xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib. 

O bildirib ki, yaşından asılı olmayaraq, xəstəliyin ciddiliyini dərk etmək lazımdır:

“Bəzi böyüklər var ki, test nəticələri neqativ çıxır. Eyni zamanda, azyaşlılar arasında test nəticəsi pozitiv çıxanlar müşahidə edilir. Bu da yaşlıların potensial daşıyıcısı olmasını və uşaqları yoluxdura biləcəklərini göstərir”.

Gununsesi.org