TƏBİB-dən istefa verən Ramin Bayramlı harada işləyir? - YENİLƏNİB + FOTO

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin keçmiş sədri Ramin Bayramlı yenidən ATU-nun Mikrobiologiya və immunologiya kafedrasında dosent vəzifəsində çalışır”.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib.

“O, sədr vəzifəsindən istefa verdikdən sonra bir müddət ATU-da müəllim kimi müqaviləsini yeniləməmişdi. Hazırda onunla yenidən müqavilə bağlanıb, universitetin Mikrobiologiya və immunologiya kafedrasında müəllim kimi fəaliyyət göstərir”, – deyə G.Aslanova əlavə edib.

13:43

TƏBİB-in idarə heyətinin keçmiş sədri Ramin Bayramlı uzun müddət sonra ilk dəfə ictimai tədbirdə görünüb.

Gununsesi.infoxəbər verir ki, hazırda Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və immunologiya kafedrasının dosenti vəzifəsində çalışan R.Bayramlı bir neçə gün əvvəl universitetin professoru Arif Əfəndiyevin 80 illik yubileyi münasibətilə keçirilən konfransda iştirak edib.

Qeyd edək ki, R.Bayramlı 2021-ci il sentyabrında 12-də öz ərizəsi ilə TƏBİB-in sədri vəzifəsindən azad olunub. Bu, həmin tarixdən sonra R.Bayramlının mediada yayımlanan ilk fotolarıdır.