Təbriz niyə qalxmır? -EKSPERT ŞƏRHİ

  • By admin
  • 30 Yanvar 2023 18:46

Təbriz niyə qalxmır?”, “Güney qalxmalıdır”  sual və çağırışları səsləndirənlər çoxalır son günlər.

Bunlar Güneydən xəbərsizlərdir. Şüar xatirinə dəbdə olan saydıqları bu çağırışları edirlər.

Ya da belə zamansız və yersiz söhbətlərlə sanki məsələni gözdən salmağı hədəfləyirlər.

Diqqət versəniz görəcəksiniz ki, Güneyli fəallar belə çağırışlar etmirlər. Belə suallar vermirlər.

Yerdəki durumu da daha yaxşı bilirlər. Hansı çağırışı nə zaman etməyin faydalı olduğunu da. Üstəlik, yersiz çağırışlarla məsələni gözdən salmağın zərərini də çoxlarından yaxşı anlayırlar.

Təbriz niyə qalxmır? sualından Təbriz üçün nələr etmək lazımdır? üzərinə keçirmək lazımdır.

Güneylilərin iştirakı ilə bir beyin mərkəzi çoxdan yaranmalı idi. Bütün ideyalar, şüarlar, çağırışlar, təhlillər oradan gəlməlidir. Onlar impuls verməlidirlər bu mövzudakı addımlara.

Parlamentdə Güney məsələsi ilə bağlı məsləhətçilər olmalıdır. Hökumətdə də.

Sanballı media qurumlarında da Güney mövzusunu yaxşı bilən, güneyli olsa daha yaxşı, redaktorlar, məsləhətçilər olmalıdır.

Əks halda xaotik şüarçılıq zərər vuracaq.

 

Rəşid Hacılı

Gununsesi.info