Təbrizdə etiraz aksiyalarında həbs edilən 3 gənc sərbəst buraxılıb

  • By admin
  • 13 Yanvar 2023 13:21

İranda keçirilən son etiraz aksiyaları zamanı saxlanılan azərbaycanlılardan üçü müvəqqəti olaraq zaminə buraxılıb.

Gununsesi.info bildirir ki, bu barədə HRA xəbər agentliyi və bölgədəki hüquq müdafiəçiləri məlumat yayıb.

Xəbərə görə, Sona Rəhmanzadə, Ümid Gözəli və Zəhra Muradxanlı məhkəmə prosesi başa çatana qədər müvəqqəti olaraq Təbriz Mərkəzi Həbsxanasından zaminə buraxılıblar.

Təbriz sakini bloger Sona Rəhmanzadə dekabrın 18-də təhlükəsizlik qüvvələri tərəfindən evində həbs edilərək, Təbriz zindanına köçürülmüşdü. Həbsdə olduğu müddətdə ona ailəsi və yaxınları ilə əlaqə saxlamaq hüququ verilmədiyi üçün uzun müddət onun vəziyyəti ilə bağlı heç bir məlumat olmayıb.

Noyabrın 16-da İranda ümummilli etiraz aksiyaları ilə bağlı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən digər məhbus Ümid Gözəli də girov müqabilində həbsdən müvəqqəti buraxıldığı bildirilir.

Həmçinin noyabrın 29-da İran Azərbaycanı daxil olmaqla ölkədə keçirilən ümummilli etiraz aksiyaları ilə bağlı həbs edilən xanım Zəhra Muradxanlı da zaminə buraxılıb və məhkəmənin son qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılıb.

Tərcümə:

Mətləb