Təbrizdə mikroavtobus aşdı - 16 YARALI

  • By admin
  • 05 Oktyabr 2019 17:08

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Təbriz-Azərşəhr yolunda mikroavtobus aşıb.

Gununsesi.org-un məlumatına görə, bunu İranın Təbriz Tibb Elmləri Universitetinin təcili yardım mərkəzinin direktoru Fərzad Rəhmani deyib.

F.Rəhmaninin sözlərinə görə, hadisə nəticəsində 16 nəfər yaralanıb.

Mərkəzin direktoru mikroavtobusun istehsal müəssisələrindən birinin servisi olduğunu deyib.

 

 

Gununsesi.org