Tədiyyə balansında 1,2 milyard dollar kəsir yarandı

  • By admin
  • 14 Sentyabr 2016 16:53

13453882-a4a8-4759-801b-870f68aa2b44

 

2016-cı ilin birinci yarımilliyində xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə mənfi saldoya malikdir.

Gununsesi.info Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir ki, tədiyə balansında 1 milyard 252 milyard dollar kəsir yaranıb.

Qeyd edək ki, tədiyə balansı cari əməliyyatlar, kapital hesabı və maliyyə hesabından ibarətdir.

Cari əməliyyatlar deyilən bölməyə əsasən, xarici ticarət dövriyyəsi və xidmət balansı daxildir. Bu bölmə üzrə 801 milyon dollar mənfi saldo yaranıb.

Kapital hesabında 40 milyon dollar, Maliyyə hesabında isə 2.1 milyard dollar kəsir baş verib. Hesabata görə, xaricə yönəldilmiş investisiyaların həcmi 1.5 milyard dollar, Azərbaycana xaricdən yatırılmış investisiyaların həcmi isə 3.7 milyard dollar təşkil edib.

İqtisadçı ekspert Samir Əliyev bildirir ki, maliyyə hesabı üzrə gərginlik nisbətən azalıb:

Bu hesab çərçivəsində ölkədən çıxan valyuta vəsaitlərinin həcmi ölkəyə daxil olan valyutanın həcmini 2,2 milyard dollar üstələyib. Ötən ilin uyğun dövründə bu fərq daha çox  6,3 milyard dollar olub. Buna səbəb xalis maliyyə aktivlərimizin və xaricə depozit axının azalması olub. 2016-cı ilin yanvar-iyun aylarında xalis maliyyə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə azalıb və4,1 milyard dollara düşüb. 2015-ci ilin yanvar-iyun aylarında xalis maliyyə aktivləri 8,9 milyard dollar olub. Ölkədən çıxarılan depozitlər və nağd valyutanın həcmi isə 5 dəfə azalaraq 4,6 milyard dollardan 909,7 milyon dollara qədər düşüb. Ölkəmizə birbaşa investisiyaların sabit qalması fonunda xarici ölkələrə investisiyanı azaldaraq 1,7 milyard dollardan 1,5 milyard dollara qədər endirmişik”.

Hesabatda qeyd olunur ki, qeyri-neft sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 2.8 milyard dollar məbləğində kəsirin 72 faizini örtə bilib.

Hesabat dövründə ölkənin ehtiyat aktivləri 1.253 milyard dollar məbləğində azalıb.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info