Tədqiqatçılar qadın qatillərin sahib olduğu xüsusiyyətləri açıqlayıblar

Pensilvaniya Universitetinin psixoloqu, professor Marissa Harrison qadın seriyalı qatillərin xüsusiyyətlərini sadalayan kitab nəşr etdirib.

Onlar əsasən evlilik təcrübəsi və orta intellekt səviyyəsi olan ağ dərili qadınlardır, əksər hallarda səhiyyə sektorunda işləyirlər.

Bu barədə Gununsesi.info Research Science-yə istinadən xəbər verir.

Kişilər daha çox yad adamları qurbanı seçirlər, qadınlar isə əksinə, dostlarından birini seçirlər, sevgililərini və ya cinsi partnyorlarını öldürməkdə kişilərdən 2 dəfə çox olur. Onlar adətən yaşlılar, xəstələr və ya uşaqlar kimi həssas insanları hədəf alırlar. Kitabda 27 nümunə araşdırması var. Tədqiqatçılar statistik məlumatlara əsaslanaraq xülasə təhlili tərtib ediblər. Qadın qatilləri adətən 20-30 yaşlı xristian, orta və ya orta səviyyədən yuxarı intellektli və cəlbedicidir. Mütəxəssislərin fikrincə, serial qatillərin 39%-i tibb bacısı və ya tibb işçisi kimi çalışıb.

Bundan əvvəl Involta Media süni intellekt ChatGPT-nin Amerika tibbi imtahanından keçdiyini bildirmişdi.
Tərcümə: Adil
Gununsesi.info