Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin olundu

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin olunub.

Gununsesi.info  xəbər verir ki, səhiyyə nazirinin əmri ilə həmin posta türkiyəli mütəxəssis Mücahit Avcil gətirilib. M.Avcil Adnan Menderes Universiteti Tibb fakültəsinin təcili tibbi yardım kafedrasının dosentidir.

Xatırladaq ki, bunadək klinikanın direktoru professor Surxay Hadıyev idi.

Gununsesi.info