Tədris Cərrahiyyə Klinikasının yeni direktoru Türkiyədəki işindən qalmaqalla ayrılıb

  • By admin
  • 11 Oktyabr 2022 16:04
“Azərbaycan Səhiyyə Nazirinin əmri ilə Türkiyənin Aydın şəhəri Adnan Menderes Universitetinin dosenti Mücahit Avcil Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yeni direktor təyin olunub.
Mücahit Avcil bu vəzifədə professor Surxay Hadiyevi əvəz edəcək.
Professorun yerinə dosentin təyin olunması xəbəri diqqətimi cəlb elədiyi və Mücahit Avcil yaşadığım ölkədə çalışdığına görə internetdən araşdırma apardım. Əslində, axtarışımın səbəbi bir dosentin professorun yerinə gətirilməsinə səbəb olan elmi nailiyyətlər və teşkilati bacarığı ilə bağlı məlumatları oxumaq idi.
Gözləntimin tam tərsi, qarşıma adamın bu ilin martında Uşak Dövlet xəstəxanasının baş həkimliyindən qalmaqallı şəkildə istefa verməsi ilə bağlı yazılar oxudum”.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyədə yaşayan azərbaycanlı jurnalist İlhamə Qasımlı özünün sosial şəbəkə hesabında yazıb.
Jurnalist bildirib ki, Mücahid Avcil  ilə bağlı araşdırmalarda onun 2020-ci ildə bu xəstəxanaya baş həkim təyin olunandan sonra “Uşakda vətəndaşların xəstəxana ilə bağlı şikayətlərin artdığı, xüsusən də bəzi poliklinikalarda həkim olmadığı, hətta ultrasəs müayinələrinə randevünün 5 ay sonraya verildiyindənn” bəhs edilir.
Çoxsaylı şikayələrdən sonra o, vəzifəsindən istefa verməyə məcbur olub.
Xəstəxananın fəaliyyəti ilə bağlı şikayətlərlə yanaşı, baş həkim, həm də AK partidən olan millət vəkilinin qarşısında təzim etməsi- baş əyməsi ilə də tənqid hədəfinə gəlmişdi. Hərçənd doktor Avcil bu hərəkətini pandemiya şərtləri üzündən əl tutuşa bilməməsi ilə bağlamağa çalışsa da, bir millət vəkili qarşısında təzim etməyin yolverilməz olduğunu düşünən insanlar onu kəskin tənqid atəşinə tutmuşdular.
Bu arada, oxuduğum xəbərlərdə Mücahit Avcilin baş həkim kimi idarəcilik prinsiplərinə etiraz edən həkimlərin xəstəxanadan ayrıldığından da bəhs edilirdi.
Ölkəsində ciddi tənqidlərin hədəfi olan bir şəxsin Azərbaycanda önəmli bur xəstəxananın inkişafına hansı töhfə verəcəyi maraq doğurur.
Gununsesi.info