Təfəkkür Universitetinin 300-ə yaxın tələbəsi digər ali məktəblərə köçürülüb

  • By admin
  • 21 Sentyabr 2017 13:14

tefekkur

“Bu günə kimi Təfəkkür Universitetinin 300-ə yaxın tələbəsi digər ali məktəblərə köçürülüb. Ötən 5 gün ərzində Təfəkkür Universitetinin daha 100-ə yaxın tələbəsi ümumi qaydada transfer.edu.az portalından istifadə etməklə digər ali təhsil müəssisələrinə köçürülüb”. 

Gununsesi.info xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən verilən məlumatda deyilib.

Bildirilib ki, artıq bu günə kimi (yay tətili ərzində) universitetin digər ali məktəblərə köçürülən tələbələrin sayı 300-ə yaxındır. Digər ali məktəblərə köçürülmək istəyən tələbələrin transfer.edu.az portalına müraciət etmələri üçün son tarix sentyabrın 25-də başa çatır.

Gununsesi.info