Təhlükəsizlik xərcləri azaldıqca, ölən neftçilərin sayı artıb - CƏDVƏL

  • By admin
  • 16 Yanvar 2017 17:10

mirvari 

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı (NHMT) Azərbaycanın neft sektorunda əmək, iqtisadi, sosial  və mülki hüquqlar üzrə qanunvericiliyin icra  vəziyyətinin qiymətləndirilməsini əhatə edən 2016-cı ilin yekunları üzrə hesabat hazırlayıb.

Gununsesi.info hesabata əsasən bildirir ki, təşkilat tərəfindən 75 nəfər işçinin məhkəmə işinə hüquqi yardım göstərilmişdi. Şikayətlər əsasən, SOCAR Kompleks Qazma İşləri Tresti, Dərin Özüllər Zavodu,  BP şirkəti, Qarasu Əməliyyat Şirkəti, “Altus İntervention AS” şirkəti,   ”Qinterra Tekhnologies AS” şirkəti, “Schlumberger Overseas SA”, “Schlumberger logelco İnc”, SWİFT və sair şirkətlərdən olub.

NHMT-nn sənədində qeyd edilir ki, neft sektorunda çalışanların sayı 52,1 min nəfər olub. 2013-cü ildən bəri bu sektorda çalışan işçilərin sayı 9 min nəfər azalıb.Orta aylıq və minimum əmək haqlarında isə elə də ciddi artım olmayıb.Müvaiq olaraq 893 manat və 150 manat təşkil edib.

“SOCAR-da və əksər xarici neft  şirkətlərində  işçilərlə müddətli əmək müqaviləsi bağlanılır. Bu da arzuolunmaz işçinin rahatlıqla işdən azad olunmasına imkan yaradır. Azərbaycanın neft sənayesində  ən böyük hüquq pozuntusu olan bu proses( işçilərlə bağlanmış müddətli əmək müqaviləsinin 1, 2, 3, 6 ay və ən çoxu 1 il müddətinə)   hələ də davam edir”,- hesabatda vurğulanır.

Hesabata görə, bu kimi hallar qanunvericiliyə ziddir: “ SOCAR-n “ Azneft” İstehsalat Birliyinnin strukturuna daxil olan idarələrdə çalışan işçilər  (, Neft Daşları, “28 May” Neft və Qazçıxarma İdarəsinin və s.) onlara təklif etdiyi Əmək müqaviləsinə Əlavədən  narahatlıqlarını  bildirirlər. Belə ki, işçilər bu Əlavənin onları qane etmədiyini, lakin bu Əlavəyə imza etməyə məcbur edildiklərini bildirirlər. Baxmayaraq ki, Əmək Məcəlləsinə əsasən Əmək müqaviləsinin şərtlərinin zorla və ya məcburi surətdə dəyişdirilməsi qadağandır. Təşkilatın mütəxəssisləri tərəfindən bununla əlaqədar Rəy hazırlanmış, işçilər arasında maarifləndirmə  aparılmış və içtimailəşdirilmiş və hazırlanmış Rəy SOCAR rəsmilərinə göndərilmişdir.

Bundan əlavə, ARDNŞ-də və xarici müəssisələrdə işçilərin tarif maaşına edilən əlavələrin ödənilməsində də qanunsuzluqlara yol verilir.Belə ki, bu əlavələr (dəniz əmsalı, susuzluğa görə, axşam və gecə pulu, zərərli işə görə və sair) qanunsuz olaraq tarif maaşının tərkibinə daxil edilir və ödənilmir.Əmək Məcəlləsinə əsasən isə bu əlavələr tarif maaşının tərkibində deyil, tarif maaşına edilən əlavələr kimi nəzərdə tutulub”.

Banklar tərəfindən heç bir məhkəmə qərarı olmadan əmək haqlarından 50 faizdən çox pulun tutulması halları barədə də Təşkilata şikayətlər daxil olmuşdur.Halbuki, məhkəmə qərarı olmadan işçinin əmək haqqından 20 faiz, məhkəmə qərarı və ya qərarları əsasında isə 50 faizdən çox olmayan tutmalara yol verilir. Bununla əlaqədar bu sahədə bir işçinin pozulmuş hüquqlarının bərpası ilə əlaqədar “Azərigaz Bankı”na qarşı Bakı şəhərinin Nəsimi Rayon məhkəməsində iddia qaldırılıb.

Sözegedən sektorda ölüm halları da ildən-ilə artır. Belə ki, NHMT-nın təqdimatəna əsasən,  2010 -2016-cı il ərzində ölkənin hasilat sənayesində həlak olan işçilərin sayı  aşağıdakı kimi oulub. Həlak olanların 80%-i  SOCAR işçiləridir.

İllər   2010 2011 2012 2013 2014 2015 2016

Say  10     23     13     6       19     37     22 

2013-2015-ci illərdə SOCAR-ın əməyin təhlükəsizliyi sahəsində məhsuldarlıq göstəriciləri;

Göstəricilər                              2013 2014  2015

Cəmi zədələnmələrin sayı       12     30     36

O cümlədən ölənlərin sayı      3       12     15

2013-2015-ci ildə SOCAR-n əməyin mühafizəsi  xərcləri;

Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə xərclər (min.man)  2013 – 2014 – 2015

Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə , o cümlədən:          32069 – 22789 – 21665

Əmək şəraitinin yaxşılaşdırılması üzrə nomenklatur tədbirlərə                22340 16481  15956

Xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinə          8001  4625   – 3964

Süd təchizatına    1312 1216 1332

Digər xərclərə      417   467   413

Cədvəldən göründüyü kimi, əməyin təhlükəsizliyi sahəsindəki ciddi qüsurlara baxmayaraq SOCAR bu sahəyə ayrılan vəsaiti  azaldıb.

Vüsalə Rüstəmova

Gununsesi.info