Təhsil naziri avtobus sürən direktora TÖHMƏT VERDİ

  • By admin
  • 01 Sentyabr 2020 18:21

Təhsil naziri Emin Əmrullayev məktəb direktoruna töhmət verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Müəllimlərin etik davranış Qaydaları”nı pozduğuna görə, Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.

Qeyd edək ki, sözügedən şəxsin avtobus sürücüsü işləməsilə bağlı sosial şəbəkələrdə məlumat yayılmışdı.

 

Gununsesi.info