Təhsil naziri bu rayonların sakinləri üçün videoqəbul keçirəcək

  • By admin
  • 24 Sentyabr 2021 09:54

Təhsil naziri Emin Əmrullayev 1 oktyabr tarixində növbəti videoqəbul keçirəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə nazirin özü bildirib. Onun sözlərinə görə, həmin gün saat 16:00-da Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Göyçay, İsmayıllı, Şamaxı və Ağsu rayonlarının sakinlərini və bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkün vətəndaşlar  videobağlantı vasitəsilə qəbul ediləcək.

Qəbulda iştirak etmək istəyən qeyd olunan rayon (şəhər) sakinləri 28 sentyabr saat 18:00-dək Təhsil Nazirliyinin Çağrı Mərkəzinin “146-1” nömrəli telefonuna zəng edə və ya nazirliyin rəsmi saytı https://edu.gov.az/az/contact) vasitəsilə videoqəbula yazıla bilərlər.

Gununsesi.info