Təhsil Nazirliyi 1,6 milyon mantlıq mebel alır – TENDER

  • By admin
  • 14 Avqust 2020 22:45

Təhsil Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Gununsesi.org açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Təhsil Nazirliyinin aparatı üçün mebel avadanlıqlarının və müxtəlif jalüzlərin alnması  məqsədilə keçirilən tender müsabiqəsinin qalibi “Nərmin-H.N” MMC (VÖEN-1305572891) olub. Nazirlik qeyd olunan avadanlıqlar üçün qalib şirkətə 1 milyon 610 min 904 manat vəsait  ödəyəcək.
Məlumat üçün bildirək ki, “Nərmin-H.N” MMC 03.07.2018-c8 il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 30 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov, ev Etalon Yaşayış Kompleksi Blok A 1, m. 50” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Hacıyev Nəriman Asif oğludur.
Təhsil Nazirliyindən 1,6 milyon mantlıq tender “udan” MMC-nin adına daha əvvəl heç bir yerdə rast gəlmək mümkün deyil. “Nərmin-H.N” MMC mebel satışı sahəsində hansı təcrübəyə sahb olduğu barədə açıq internet resurslarda məlumat mövcud deyil.
Onu da bildirək ki, 1,6 milyon mantlıq tender “udan” MMC-nin dövlət büdcəsinə 218 manat vergi borcu var.

Gununsesi.org