Təhsil nazirliyi peşə məktəblərin adlarını dəyişir

  • By admin
  • 09 Sentyabr 2016 10:00

famil_mustafayev

Bakı və Gəncə şəhərlərində peşə təhsili müəssisələrinin nömrələrlə adlanması sistemi ləğv olunacaq.

Gununsesi.info trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, iqtisad elmləri doktoru, professor Famil Mustafayev deyib.

Onun sözlərinə görə, hazırda Bakı və digər şəhərlərdə olan peşə məktəbləri nömrələrlə, məsələn, “1 nömrəli”, “2 nömrəli” peşə liseyi və ya peşə məktəbi adlanır: “Bakıda 26 peşə məktəbi və lisey mövcuddur. Biz bu məsələni araşdıranda belə qərara gəldik ki, peşə təhsil müəssisələrinin yeni imicini formalaşdırmaq üçün ilk növbədə ixtisasları önə çıxaraq. Yəni məktəbləri nömrə ilə deyil, ixtisasla adlandıraq. Məktəblərimizin adları emal sənayesi, texnika və texnologiya, mədəniyyət və sənətkarlıq, turizm və sosial xidmətlər, aviasiya və avtomobil nəqliyyatı, dəniz nəqliyyatı, gəmiqayırma və liman işi, tikinti və quraşdırma, rabitə və informasiya texnologiyaları üzrə dövlət peşə təhsil mərkəzləri olsun. Başqa sözlə, ixtisaslaşma burada prioritet olacaq”.

F.Mustafayev qeyd edib ki, artıq bununla bağlı müvafiq təklifləri Nazirlər Kabinetinə təqdim ediblər. Təkliflər artıq razılaşma mərhələsini keçib.

Yaxın vaxtlarda məsələ ilə əlaqədar qərarın qəbulu gözlənilir.

Gununsesi.info