Təhsil Nazirliyi valideyinlərə müraciət etdi: “Məktəblər qarşınızda şərt qoya bilməz”

  • By admin
  • 08 Sentyabr 2016 17:46

t%c9%99hsil

Təhsil Nazirliyi məktəbli formaları ilə bağlı əhaliyə müraciət edib.

Gununsesi.info-nun xəbərinə görə, müraciətdə bildirilib ki, məktəbli formasının satışı və alışı ilə bağlı məcbur etmə tədbirləri ola bilməz.

“Heç bir məktəb, yerli təhsil idarəetmə qurumları məktəbli formalarının müəyyən olunmuş ticarət şəbəkələrindən alınması ilə bağlı şərt qoya bilməz. Ona görə də valideynlər istədikləri yerdən, istədikləri ticarət şəbəkəsindən məktəbli formasını almaqda sərbəstdirlər”, -deyə müraciətdə qeyd olunub.

Gununsesi.info