Təhsil Nazirliyinin qarşısında aksiya – 7 nəfər saxlanıldı

  • By admin
  • 01 İyun 2020 18:03

Təhsil Nazirliyi qarşısında aksiya keçirən şəxslər cərimə olunub.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən Gununsesi.org-a verilən məlumata görə, bir qrup şəxs Təhsil Nazirliyinin qarşısında xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müvafiq icra hakimiyyəti ilə razılaşdırmadan aksiya keçirməyə cəhd göstərib. Əhalinin sıx olduğu ictimai yerdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan cəhdin qarşısı ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınaraq, onların ərazidən uzaqlaşdırılması təmin olunub.

Ümumilikdə 7 nəfər saxlanılıb. Onlardan 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq protokol tərtib olunub, 1 nəfər aksiyanın təşkilatçısı barəsində toplanmış materiallar isə rayon məhkəməsinə göndərilib.

Gununsesi.org