Təhsil Nazirliyinin vəzifəli şəxsi işdən çıxarıldı

  • By admin
  • 05 May 2021 20:16

Salyanda vəzifəli şəxs işdən çıxarılıb.

Gununsesi.info  xəbər verir ki, Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Məhərrəmov Raqub Ərşad oğlu tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, R.Məhərrəmov daha əvvəl həmin Mərkəzdə mühasib işləyib. O, 2018-ci ildən Mərkəzin rəisi vəzifəsində çalışırdı .

Gununsesi.info