Tələbələri daşıyan avtobus aşdı: ölən var - FOTO

  • By admin
  • 22 May 2022 12:21

Türkiyənin Niğdə şəhərində tələbələri daşıyan avtobus aşıb.

Gununsesi.info-nun Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər həlak olub, 5-i ağır olmaqla 42 nəfər xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar Niğdə və Ulukışla xəstəxanalarına yerləşdiriliblər.

İlkin məlumatlara görə, qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.

Gununsesi.info