Tələbələri daşıyan mikroavtobus qəzaya düşdü

  • By admin
  • 07 Noyabr 2022 10:20

Qvineyanın qərbində tələbələri daşıyan mikroavtobus yük maşını ilə toqquşub, azı 22 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli nəşrlər yazıb.

Hökumətdən verilən məlumata görə, ölənlərin ailələrinə dəstək olmaq üçün xüsusi xidmətlər səfərbər edilib. Həmçinin yaralılara yardım edildiyi də diqqətə çatdırıb.

Qəzanın səbəbi hələ müəyyən edilməyib.

Gununsesi.info