Tələbələrin borc siyahısını yayan şəxslər CƏZALANDIRILDI

  • By admin
  • 10 Yanvar 2022 11:30

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bir illik təhsil haqqını ödəyə bilməyən tələbələrin adlarını yayan şəxslər cəzalandırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ADMİU-nun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sənədin yayılmasına səbəbkar olan tütor və dekan cəzalandırılıb:

“Universitetdə tələbələrin adlarının siyahısı asılmamışdı. Tutorlar tərəfindən dekanlıq daxili üçün hazırlanmış sənəd imtahan öncəsi tələbələri məlumatlandırmaq məqsədilə “Whatsapp” qrupuna göndərilib. Universitet rəhbərliyi bunun da əleyhinədir və elə məsələ açılan kimi operativ şəkildə araşdırıldı, sənədin yayılmasına səbəbkar olan tutor və dekan cəzalandırıldı”, – deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, ötən həftə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bir illik təhsil haqqını ödəyə bilməyən tələbələrin adlarının divarda vurulması barədə məlumat yayılmışdı.

Gununsesi.info