“Tələb edir ki, erməni xalqından üzr istəyim” - FAZİL MUSTAFA

  • By admin
  • 23 İyul 2020 19:41
Erməni şəbəkəsi Azərbaycanda çox güclənib. Himayələri də böyükdür. 
Gununsesi.org xəbər verir ki, bu barədə Fərqli Vətəndaş Hərəkatının rəhbəri Günel Səfərovanın müsahibəsini Unikal.org-a şərh edərkən Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib:
“Erməni şəbəkəsinin mövqeyini ifadə edənlərdən biri də Fərqli Vətəndaş Hərəkatının rəhbəri Günel Səfərovadır. Mənim erməni balasına dediyim sözlər onun da ürəyini yaralayıb və tələb edir ki, təəssübünü çəkdiyi erməni xalqından üzr istəyim.
Baxın, oradakı ermənilərin əksəriyyəti terrorçudur. Bu və ya digər formada Azərbaycana qarşı savaşda və ya təxribatda, eləcə də qanunlarımıza itaətsizlikdə iştirakçı olublar. Bu xanım da onları təhqir etməyin bizə başucalığı gətirməyəcəyini söyləyir. Torpağımızı işğal edənlərin qarşısında, Xocalı vəhşətini törədənlərin qarşısında onsuz da başımız aşağıdır və qisasımızı almalıyıq.
İndi soruşmaq lazımdır, Dağlıq Qarabağda hərbi əməliyyat keçirsək, birdən oradakı hansısa “erməni vətəndaşımıza” güllə dəysə, yaralansa, yaxud da ölsə, yenə də başaşağı olarıq, ya başıdik gəzə bilərik? Ermənilər, gör zərbəni bizə haralardan vururlar”.
Qeyd edək ki, Günel Səfərova müsahibəsində Qarabağın ərazimiz olduğundan orada yaşayan qeyri millətlərin də Azərbaycan vətəndaşları olduğunu bildirmişdi və əlavə etmişdi ki, belə olan halda, həmin insanları təhqir etməyimiz Azərbaycana heç də başucalığı gətirmir.
Gununsesi.org