“Tələsik nəticə çıxarmaq istəmirik”

  • By admin
  • 02 Oktyabr 2017 21:46

las-veqas_atishma

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Las-Veqasdakı hadisə ilə əlaqədar tələsik nəticə çıxarmamağa çağırıb.

Gununsesi.info xəbər verir ki, bunu Reuters agentliyinə MKİ-nin nümayəndəsi bildirib.

“İŞİD-in iddialarından xəbərimiz var, lakin tələsik nəticə çıxarmamağa üstünlük veririk”, deyə MKİ-nin nümayəndəsi qeyd edib.

Qeyd edək ki, bu gecə “Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında musiqi festivalında atışma baş verib. Hotelin 32-ci mərtəbəsindən festival iştirakçılarının atəşə tutulması nəticəsində 58 nəfər ölüb, təxminən 515-i nəfər yaralanıb. Hadisəni törədən şəxs polis tərəfindən tutulacağını görüb özünü öldürüb. Onun 64 yaşlı yerli sakin Stiven Peddok olduğu müəyyənləşib. İŞİD terror təşkilatı hadisənin məsuliyyətini öz üzərinə götürüb. İŞİD bəyan edib ki, hadisəni törədən şəxs bir neçə ay öncə İslamı qəbul edib.

Gununsesi.info