“Təpəgöz” deyəndə Rusiyanı nəzərdə tuturdum -Tahir Kərimli

  • By admin
  • 04 Mart 2022 12:46

Milli Məclisin deputatı Tahir Kərimli bir neçə həftə əvvəl sosial şəbəkələrdə yayılan videosu və ona qarşı edilən təhdid barədə danışarkən bunları deyib.

“Məni təhdid edən həmin adamın Rusiyanın paytaxtı Moskva şəhərindəki ünvanı təsdiqlənib. Hazırda onun Azərbaycanla əlaqələri araşdırılır. Gizlətmək lazım deyil, mən “təpəgöz”ü misal göstərəndə Rusiyanı nəzərdə tuturdum. Ermənilər və onlara havadarlıq edənlər, bahalıq yaradanlar, inhisarçılığa yol verənlər, millətin çörəyinə göz dikənlər yeddibaşlı əjdahadırlar. Onların başını kəsmək lazımdır. Müraciət edib bilmirmişəm ki, cənab Prezident, mən sizdən başqasını görmürəm, dəqiq bilirəm ki, bunun kökünü kəsməyi, əjdahanı məhv eləməyi yalnız siz bacararsız”.

Gununsesi.info