Təqaüdçülərə şad xəbər - GƏLƏN İLDƏN PENSİYALARIN ARTIRILMASI ÜÇÜN YENİ MEXANİZM TƏTBİQ OLUNACAQ

  • By admin
  • 08 Noyabr 2017 13:22

2018-ci ildən etibarən pensiyaların artırılması üçün yeni mexanizm tətəbiq olunacaq.

Gununsesi.info xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün Milli Məclisdə komitələrin iclasında 2018-ci ilin büdcəsinin müzakirəsi zamanı deyib.

O deyib ki, artıq “Pensiyalar haqqında” qanunda pensiyaların artırılması mexanizminə dəyişiklik edilərək yeni hesabla qaydası tətəbiq edilib.

“Əvvəllər pensiya iki yerə, baza və sığorta hissəsinə bölünürdü və bu zaman  artımlar  pensiyanın baza hissəsinə ölkə başçısı  İlham Əliyevin sərəncamları hesabına müəyyən məbləğlərlə artırılırdı. Sığorta hissəsi isə hər ilin əvvəlində əvvəlki ilin inflyasiya göstəricisinə uyğun olaraq artırılıraraq  indeksləşdirilirdi. Lakin yeni qaydaya əsasən  artıq pensiyanın baza və sığorta hissəsi hissəsi yoxdur, ümumi məbləğ var. Artımlar bütün məbləğə şamil olunacaq”-deyə, nazir bildirib.

Mürtəza

Gununsesi.info