Tərtərdə ermənilərin dağıtdığı evlər bərpa olunur - FOTOLAR

  • By admin
  • 10 İyun 2016 17:13

 FOTOLAR  

Aprel ayında erməni silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tərtər rayonunda mülki əhaliyə məxsus dağılmış evlər bərpa edilir. Bu haqda məlumatı Gununsesi.info-ya Tərtər Rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, zərər çəkmiş evlərin 9-u yenidən bərpa ediləcək, 18-i isə təmir olunacaq. Artıq Tərtər şəhərinin küşələrində, Qapanlı, Azad Qaraqoyunlu, Düyərli, Yuxarı Qaradağlı kəndlərində 4 evin bərpasına, 13 evin təmirinə başlanılıb. Bərpa və təmir işlərinin tezliklə başa çatdırılması nəzərdə tutulur. Xatırladaq ki, bərpa və təmir işləri Prezident İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-cı il 2 may tarixli Sərəncamına əsasən aparılır.

Gülnaz Qənbərli

 

FOTOLARV

 

FOTOLARDF]