Tərtərdə sakinlərdən odlu və soyuq silahlar götürülüb

  • By admin
  • 02 İyun 2023 13:16

Tərtərdə sakinlərdən odlu və soyuq silahlar götürülüb

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbir nəticəsində rayon sakini E.Mayılov evinin zirzəmisindən tapdığı, mərhum ailə üzvünə məxsus “Walther” markalı tapançanı və 3 ədəd patronu könüllü olaraq təhvil verib.

Bundan başqa keçirilən əməliyyat tədbiri ilə rayon sakini R.Qasımovun yaşadığı ünvandan isə qanunsuz olaraq əldə edib saxladığı və hazırladığı bir ədəd avtomata aid süngü bıçaq və 5 ədəd müxtəlif ölçülərdə xüsusi hazırlanmış xəncər və qılınclar aşkar edilərək götürülüb.

Gununsesi.info

Faktla bağlı araşdırmalar davam etdirilir.