“Təşəkkürlər Qardaş Türkiyə!” - HİKMƏT HACIYEV

  • By admin
  • 08 Noyabr 2020 12:22

Türkiyənin İstanbul şəhərində, Avropanın ən böyük qülləsində Azərbaycan Respublikasının bayrağı işıqlandırılıb.

Gununsesi.info xəbər verir ki, Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında bununla bağlı qardaş respublikaya öz təşəkkürünü bildirib.

Xatırladaq ki, dünən gecə Kiçik Çamlıca Radio və Televiziya qülləsində işıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə hərəkətdə olublar.

 

 

Gununsesi.info