Təyyarədə partlayış səsi eşidildi, 172 sərnişin… -VİDEO

ABŞ-ın Kaliforniya ştatındakı Con Ueyn hava limanında uçuş-enmə zolağına çıxan təyyarənin mühərriki yanıb. 172 sərnişinin olduğu təyyarədən güclü tüstü qalxarkən həmin anlar bir sərnişinin telefonunda qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatındakı Con Ueyn hava limanında qorxu anlar yaşanıb. Atlantaya getmək üçün uçuş-enmə zolağında hərəkət edən “Delta” Hava Yollarına məxsus sərnişin təyyarəsində partlayış səsinin eşidildiyi, təyyarənin mühərrik hissəsindən alov və tüstü çıxdığı bildirilib. Bildirilir ki, pilot təyyarəni saxlayıb və sərnişinin sosial şəbəkədə paylaşdığı görüntüdə təyyarədən yüksələn qatı tüstü kameraya düşüb.

Bildirilib ki, yanğınsöndürmə briqadası yanğına müdaxilə edib və bütün sərnişinlər təxliyə edilib. Aviaşirkətdən verilən açıqlamada təyyarənin mühərrikində problem olduğu qeyd edilib.

Gununsesi.info