Təyyarələrdə daha bir qadağa götürüldü

  • By admin
  • 09 İyun 2021 22:27

Azərbaycana uçuşlar və Azərbaycandan uçuşlar zamanı aviaşirkətlərə qida təminatı ilə bağlı qoyulan tələblərdən biri ləğv edilib.

Gununsesi.info  xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”a etdiyi dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, uçub gedən hava gəmiləri və uçub gələn hava gəmilərində sərnişinlərə xidmət üçün birdəfəlik istifadə qabları təqdim olunmasına dair tələb ləğv olunub.

Gununsesi.info