“Tabaterra” QSC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib

  • By admin
  • 15 İyul 2023 09:40

“Tabaterra” QSC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib və rezidentlərin sayı 17-yə çatıb.

Gununsesi.info bildirir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında yazıb.

 

Nazir daha sonra əlavə edib:

“Şirkət tərəfindən Sənaye Parkının ərazisində #investisiya həcmi 40,5 mln.₼ olan tütün məmulatlarının istehsalı müəssisəsi yaradılacaq və 300 nəfər işlə təmin ediləcək. Bu layihə Qarabağ-da iqtisadi fəallığın və məşğulluğun artmasına töhfə verəcək”.

Afət

Gununsesi.info