Tacikistan hakimiyyəti öz vətəndaşlarının xaricdə terrorçu qruplaşmalara daxil olmasına qarşı mübarizə aparmaq qərarına gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə respublikanın Əmək və Miqrasiya Nazirliyi tacik diasporları ilə əməkdaşlıq üzrə koordinasiya şurasının iclası zamanı bildirib.
Aydınlaşdırılır ki, Tacikistan vətəndaşların ekstremist və terrorçu hərəkatlara qoşulmasının qarşısını almaq məqsədi ilə ölkədən kənarda təbliğatı gücləndirmək niyyətindədir.
Görüş zamanı əməkçi miqrantların hüquqlarının müdafiəsi, onların qanunvericiliyə riayət olunması məsələləri də qaldırılıb.
Məlumata görə, son illər tacik diasporu və xaricdəki soydaşlarla əlaqələr yaxşılaşır və ölkə vətəndaşları miqrasiya məsələlərinin həllinə daha çox cəlb olunub.
Bundan əvvəl Tacikistan vətəndaşlarına Rusiyada işləməyin təhlükələri barədə xəbərdarlıq edilib və bunu “ölkədə işləməyin onların sağlamlıqlarına mənfi təsiri” ilə izah edilib.
Tacik miqrantları əhalinin ən həssas qruplarından biri hesab olunur.
Günel
Gununsesi.info