Tacikistanda 5,3 bal gücündə zəlzələ baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 2,8 min insanın yaşadığı Karakenj şəhərindən 44 km cənub-şərqdə yerləşib.Zəlzələnin ocağı 15 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə hələlik ətraflı məlumat verilmir.
Gununsesi.info