Tacikistanda yüzdən çox koronavirusa yoluxma halı qeydə alınıb

  • By admin
  • 03 May 2020 18:21

Tacikistanda koronavirus xəstələrinin ümumi sayı 128-ə çatıb.

Gununsesi.org bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son sutkada koronavirusa yoluxma halı 52 olub.

Qeyd edək ki, daha əvvəl KİV-də bildirilirdi ki, mayın 2-si axşam saatlarına kimi Tacikistanın xəstəxanalarında 2,782 nəfər koronavirus əlamətləri ilə tibbi nəzarət altına alınıb, 217 nəfər isə müayinədən sonra evə buraxılıb.

 

 

Gununsesi.org