
Tacikistanın birinci prezidenti Kaxxor Maxkamov 85 yaşında uzun sürən xəstəlikdən sonra Düşənbədə vəfat edib. Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, K.Maxkamov iyunun 9-da Düşənbədə dəfn ediləcək.
Qeyd edək ki, 1990-cı ilin oktyabr ayında Tacikistan Ali Soveti (TAS) tərəfindən prezidentlik institutu təsis olunub və TAS K.Maxkamovu ölkənin birinci prezidenti seçib.
Xatırladaq ki, Kaxxor Maxkamov 1982-1986-cı illərdə Tacikistan Ali Sovetinin sədri, 1986-1991-ci illərdə Tacikistan KP MK-nin birinci katibi vəzifələrində çalışıb. O, Tacikistan parlamentinin ömürlük deputatı idi.
Gülnaz Qənbərli