
Tacikistanın xarici işlər naziri Sirociddin Mühriddin Rusiya güc strukturlarında son günlər yaşananlara etiraz edib.
Gununsesi.info bildirir ki, nazir öz bəyanatında rusların “Krokus” terror aktının araşdırılması adı altında tutulanlara işgəncə verdiyini deyib.
O, bəyan edib: “Rusiya hüquq mühafizə orqanları “Krokus”da törədilmiş terror aktının istintaqı zamanı beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməlidirlər.
Açıq informasiya məkanında terror aktının ehtimal olunan icraçılarının saxlanılması zamanı onlara işgəncə verilməsi və şikəst edilmələrinin nümayişi yolverilməzdir.
Bu üsulla alınmış “etirafların” dəyəri hamıya yaxşı bəllidir. İnformasiya kampaniyası nəticəsində Tacikistan və taciklərə münasibətilə mənfi rəy yaradılır ki, bu da yolverilməzdir.
Xarici dövlətlərin vətəndaşları barəsində nifrət, ksenofobiya və irqçilik atmosferinin yaratmaq olmaz”.
Şəbnəm
Gununsesi.info