Taekvondo üzrə Azərbaycan çempionatında yenilik ediləcək

  • By admin
  • 25 Noyabr 2021 09:07

Yeniyetmələr, gənclər və böyüklər arasında keçiriləcək taekvondo üzrə Azərbaycan çempionatında hər klubdan eyni çəki dərəcəsində 2 idmançının iştirakına icazə veriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının rəsmi feysbuk səhifəsi xəbər yayıb.

Bildiirlib ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejimi davam etdiyindən zona, şəhər birincilikləri keçirilməyib: “Bu amilin məşqçi və zona rəhbərlərinə idmançı seçimi etməkdə çətinlik yaradacağını nəzərə alaraq, federasiyanın İdarə Heyəti və Hakimlər Komitəsi respublika çempionatında hər klubdan eyni çəki dərəcəsində 2 idmançının iştirakına icazə verilməsini qərara alıb”.

Qeyd edək ki, taekvondo üzrə Azərbaycan çempionatı 30 noyabr – 5 dekabrda təşkil olunacaq.

Gununsesi.info